525.Az

Yunanıstanın Baş naziri Türkiyəyə gəlir


 

Yunanıstanın Baş naziri Türkiyəyə gəlir<b style="color:red"></b>

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis gələn həftə Türkiyəyə səfər edəcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o özü Yunanıstan televiziyasına müsahibəsində bildirib.

Mitsotakis iki ildir gündəmdə olan Türkiyə səfərinin fevralın 15-dən əvvəl reallaşacağını deyib. Fevralın 11-13-nə gözlənilən səfər zamanı Mitsotakis Türkiyə Prezidenti Tayyib Ərdoğanla görüşəcək.

İbrahim Cəfərov

 





04.02.2026    çap et  çap et