Braziliyanın şimal-şərqindəki Alaqoas ştatında dəhşətli avtobus qəza baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Seara ştatından qayıdan avtobus San-Xose-de-Tapera şəhəri yaxınlığında aşıb.
Qəzada 4-ü uşaq olmaqla 16 nəfər həyatını itirib, bəziləri ağır olmaqla 44 nəfər yaralanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb, qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.
Alaqoas əyalətinin qubernatoru Paulo Dantas yerli mətbuata verdiyi açıqlamada ştatda üç günlük rəsmi matəm elan edildiyini açıqlayıb.
İbrahim Cəfərov
çap et