525.Az

Azərbaycanla İsrail elm və texnologiya sahəsində sənəd imzalayıb


 

Azərbaycanla İsrail elm və texnologiya sahəsində sənəd imzalayıb<b style="color:red"></b>

Azərbaycanla İsrail arasında elm və texnologiya sahəsində Anlaşma Memorandumu imzalanıb.

525.az xəbər verir ki, sənədi İsrailin innovasiya, elm və texnologiya naziri Gila Qamliel və Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli imzalayıb.

“Bu çərçivə ortaq marağı ortaq innovasiyaya çevirməyi hədəfləyir — tədqiqatçıları, institutları və ideyaları real əməkdaşlıqda birləşdirir”, - İsrailin Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan və İsrail arasında süni intellekt sahəsində əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb.

 





04.02.2026    çap et  çap et