525.Az

Azərbaycan millisi Gürcüstanla iki yoxlama oyunu keçirəcək


 

Azərbaycan millisi Gürcüstanla iki yoxlama oyunu keçirəcək<b style="color:red"></b>

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət yığması fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq.

525.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, U-17 hazırlıq çərçivəsində fevralın 6-da və 9-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Hər iki qarşılaşmanın Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında keçirilməsi planlaşdırılır.

 





04.02.2026    çap et  çap et