525.Az

Qəddafinin oğlunun qətli ilə bağlı araşdırma aparılır


 

Qəddafinin oğlunun qətli ilə bağlı araşdırma aparılır<b style="color:red"></b>

Liviya Baş prokurorluğunun xüsusi komissiyası ölkənin keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslamın qətlə yetirildiyi ərazidə işini davam etdirir.

525.az xəbər verir ki, bu barədə Liviyanın Baş prokuroru Siddiq əl-Sur deyib. Onun sözlərinə görə, məhkəmə ekspertləri mərhumun cəsədini müayinə edirlər.

"Komissiya cinayət yerində işini davam etdirir. Seyf əl-İslamın cəsədi müayinə olunur, autopsiya aparılıb və barmaq izləri götürülüb", - o bildirib.

Əlavə edib ki, komissiya üzvləri cinayət yerini yoxlayır və cinayətkarları müəyyənləşdirməyə  kömək edə biləcək dəlillər toplanır.

Pərvanə Sultanova

 





04.02.2026    çap et  çap et