525.Az

Rus casus həbs olunub


 

Rus casus həbs olunub<b style="color:red"></b> Moskvada Qərb ölkələrindən birinə casusluq etməklə dövlətə xəyanətdə təqsirləndirilən Rusiya vətəndaşı həbs olunub. 

APA-nın “İnterfax”a istinadən xəbərinə görə, Gennadi Kravtsov adlı vətəndaşı 20 ilədək həbs cəzası gözləyir. Bildirilir ki, G.Kravtsov ötən il həbs olunub: “O, məxfi məlumatları Qərbə ötürməkdə ittiham olunur”. Lakin Rusiya vətəndaşının konkret hansı ölkəyə casusluq etməsi barədə məlumat verilmir. 

Moskvanın Lefortovo məhkəməsindən bildirilib ki, G.Kravtsov barədə həbs-qətimkan tədbiri yanvarın 21-də seçilib.
 





07.02.2015    çap et  çap et