525.Az

Təmsilçimiz 28 min iştirakçı arasında 56-cı olub - "Dubay Marafonu"


 

Təmsilçimiz 28 min iştirakçı arasında 56-cı olub - <b style="color:red"> "Dubay Marafonu"</b>

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində sayca 25-ci “Dubay Marafonu” keçirilib.

525.az xəbər verir ki, ölkəmizi bu yarışda Elçin Bəkirov təmsil edib.

İdmançımız marafon məsafəsini 2:46:38 nəticə ilə başa vurub. Bəkirov mükafatçılar sırasına düşə bilməsə də, kişilər arasında marafon qaçışı üzrə yeni Azərbaycan rekordunu müəyyənləşdirib. Ümumilikdə 28 min iştirakçının qatıldığı yarışda təmsilçimiz 56-cı yerin sahibi olub. O, öz yaş kateqoriyasında isə 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, “Dubay Marafonu” ilk dəfə 1998-ci ildə keçirilib.

 





04.02.2026    çap et  çap et