ABŞ-də nəşr olunan "The Washington Post" qəzetində əməkdaşların kütləvi ixtisarı gözlənilir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb maliyyə problemləridir.
Qərarla bağlı məlumatı qəzatin baş redaktoru Mett Murrey əməkdaşlarla söhbətdə bildirib. İxtisarlar bütün şöbələri əhatə edəcək. Yalnız siyasi və dövlət idarəçiliyi şöbələri minimum "itki" verəcək.
Qeyd edək ki, gündəlik dərc olunan ""The Washington Post"un ilk sayı 1877-ci il dekabrın 6-da çap olunub. Qəzetdə hazırda təxmini 1050 ştatlı jurnalist işləyir.
L.Tağıyeva
çap et