525.Az

İt jurnalistin kamerasını oğurladı və çəkiliş apardı


 

İt jurnalistin kamerasını oğurladı və çəkiliş apardı<b style="color:red"></b>

Qrenlandiyada xizək iti çəkilişə hazırlaşan jurnalistin kamerasını qaparaq qaçıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu zaman it bilməyərəkdən çəkiliş düyməsini basıb və "oğurluq prisesi" lentə alınıb.

Yaxşı ki, it uzağa getməyib və kənara tulladığı kameraya xəsarət yetirməyib. 

Maraqlıdır ki, itin apardığı çəkiliş sonradan üzə çıxıb. Sosial şəbəkələrdə paylaşılan video qısa zamanda populyar olub.

L.Tağıyeva

 





05.02.2026    çap et  çap et