525.Az

Rusiyada qatar qəzası - benzin dolu çənlər yandı


 

Rusiyada qatar qəzası - <b style="color:red"> benzin dolu çənlər yandı</b>

Tambov vilayətində yük qatarının relsdən çıxması faciə ilə nəticələnib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nəticədə benzinlə dolu çənlərdə yanğın baş verib.

Hadisə dünən Bakı vaxtı ilə 16.34-də Miçurinskdəki Koçetovka-2 stansiyasında baş verib.

Şahidlərin sözlərinə görə yanğın partlayışla müşayiət olunub. Əraziyə gələn yanğınsöndürənlər alovun genişlənməsinin qarşısını ala biliblər. Neçə vaqonun yandığı barədə məlumat verilmir.

Qeyd edək ki, hadisə ilə bağlı Koçetovka-2 stansiyasında qatarların hərəkəti tam məhdudlaşdırılıb. Bu isə cənub istiqamətində hərəkət edən qatarların qrafikində gecikməyə səbəb olub.

L.Tağıyeva

 





05.02.2026    çap et  çap et