525.Az

Səudiyyə Ərəbistanı Türkiyədə 2 günəş elektrik stansiyası tikəcək 


 

Səudiyyə Ərəbistanı Türkiyədə 2 günəş elektrik stansiyası tikəcək <b style="color:red"></b>

Səudiyyə Ərəbistanı Sivas və Karamanda 2 elektrik stansiyası tikəcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, stansiyaların ümumi gücü 2000 MVt olacaq.

Tikinti Səudiyyə Ərəbistanı şirkətlərinin investisiyalsı və  beynəlxalq maliyyə institutlarının ayırdığı kredit hesabına aparılacaq. Bu stansiyalar 2,1 milyon ailəni elektrik enerjisi ilə təmin edəcək.

Qeyd edək ki, stansiyaların tikintisi ilə bağlı razılıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü ildə Səudiyyə Ərəbistanına səfəri zamanı əldə olunmuşdu.

L.Tağıyeva

 





05.02.2026    çap et  çap et