525.Az

İlyas Əfəndiyevin “Qarabağnamə”si Gənc Tamaşaçılar Teatrında


 

İlyas Əfəndiyevin “Qarabağnamə”si Gənc Tamaşaçılar Teatrında<b style="color:red"></b>

Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyi münasibətilə “Qarabağnamə” tamaşasının nümayişi olub.

Tamaşaya İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesinin motivləri əsasında quruluş verilib. İlyas Əfəndiyevin nəsr və dram əsərlərinin çoxunun süjeti Qarabağın həyatından, onun tarixi keçmişindən, müasir insanlarının həyatından götürülüb.

Pyesdə Azərbaycan xanlıqlarının Rusiyaya birləşdirilməsi və Ermənistan-Azərbaycan münaqişəsinin yaranması mövzusuna toxunulur.

XVIII əsrin sonu-XIX əsrin əvvəlində Qarabağ hökmdarı olmuş İbrahim xan müharibələr və feodal pərakəndəlik nəticəsində iqtisadi cəhətdən zəifləmiş xanlığı birləşdirmək və onu İranın ekspansiyasından müdafiə etmək üçün müdrik, fədakar və faciəli bir qərar qəbul edir. Bu qərar bir daha belə bir həqiqəti sübut edir: təəssüf ki, bəzən hökmdarlar da naəlac qalır və hər bir hökmdarın taleyi onun sahib olduğu ölkənin ixtiyarındadır. Qarabağın müstəqilliyini gələcək nəsillərə saxlamaq üçün İbrahim xan İran hökmdarı Fətəli şahın məsələni sülalə nikahı ilə tənzimləmək təklifi ilə razılaşır və öz qızı Ağabəyim ağanı ona ərə verir. Qarabağ vəziri Saday bəyi sevən Ağabəyim ağa başa düşür ki, öz seçimində sərbəst deyil və xoşbəxtliyini Vətəninə, onun gələcəyinə qurban verməlidir. O, atasının hökmünə və Vətən eşqinə boyun əyir.

S.ABDULLAYEVA

 





07.02.2015    çap et  çap et