525.Az

BƏƏ və ABŞ əsir mübadiləsində vasitəçilik edib 


 

BƏƏ və ABŞ əsir mübadiləsində vasitəçilik edib <b style="color:red"></b>

“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və ABŞ Rusiya hərbçilərinin geri qayıtması üçün humanitar vasitəçilik xidməti göstəriblər”.

525.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda vurğulanıb.

"Birləşmiş Ərəb Əmirlikləri və ABŞ Rusiya hərbçilərinin əsirlikdən qayıtması zamanı humanitar yardım göstəriblər. Bütün Rusiya hərbçiləri müalicə və reabilitasiya üçün Müdafiə Nazirliyinin tibb müəssisələrinə aparılacaq", - açıqlamada qeyd edilib.

Rusiya Ukrayna əsirliyindən 157 hərbçini geri qaytarıb və mübadilə yolu ilə Ukrayna Silahlı Qüvvələrinin 157 hərbi əsiri təhvil verilib. Bundan əlavə, Kiyev Kursk vilayətinin sakinləri olan üç Rusiya vətəndaşını geri qaytarıb.

Pərvanə Sultanova

 





05.02.2026    çap et  çap et