525.Az

Səudiyyə Ərəbistanında dəvələrə pasport veriləcək


 

Səudiyyə Ərəbistanında dəvələrə pasport veriləcək<b style="color:red"></b>

Səudiyyə Ərəbistanı höküməti dəvələrə pasport verilməsi barədə qərar qəbul edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məqsəd dəvələrin məlumat bazasının yaradılması və sürülərin daha effektiv idarə olunmasıdır. 

Hazırda ölkədə 2 milyon civarında dəvə var. Dəvələrin hər biri rəsmi sənədlə təmin ediləcək. Artıq pasportun eskizi də hazırdır. Yaşıl rəngli sənədin üzərinə  dromaderin (birhürgüclü dəvə) əksi və "Dəvə pasportu" sözləri yazılıb. İç səhifələrdə isə heyvan haqqında məlumat, həmçinin, cinsi, sahibinin adı yerləşdiriləcək. 

Qeyd edək ki, bu sənəd əsasında dəvələrə vaksinasiya kartı və tibbi kitabça da açılacaq.

L.Tağıyeva

 





06.02.2026    çap et  çap et