Hindistanda satıcının uşağa verdiyi konfet onun ağzında partlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Times of İndia" məlumat yayıb.
Xəbərdə hadisənin hansı şəhərdə baş verdiyi göstərilmir. Məlum olan budur ki, satıcıdan aldığı konfeti çeynəyərkən o uşağın ağzında partlayıb. Ağır xəsarətlər alan 3 yaşlı körpə təcili xəstəxanaya yerləşdirilib. Ağır əməliyyatdan sonra həkimlər qızcığazın həyatının xilas edildiyini bildiriblər.
Qeyd edək ki, uşağın valideynləri polisə şikayət edib. Satıcı saxlanılıb, araşdırma aparılır.
L.Tağıyeva
çap et