525.Az

“Çağ” – təhsildə 20 illik uğur


 

“Çağ” – təhsildə 20 illik uğur <b style="color:red"></b>

Ənvər Özərən: “Azərbaycanda ilk türk özəl təhsil müəssisələrinin fəaliyyətinə Heydər Əliyev yol açıb

  

GülüstansarayındaÇağÖyrətim İşlətmələri Şirkətinin 20 illik yubileyinə həsr olunanMüasir Azərbaycan Çağ öyrətimadlı konfrans keçirilib. “Etimada sədaqətlə 20 ildevizi altında keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov, millət vəkilləri, dövlət qurumlarının rəsmiləri təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib. Öncə Türkiyə prezidenti Abdulla Gülün tədbirə ünvanlanan təbrik məktubu oxunub, sonra isə şirkətin 20 illik fəaliyyətindən bəhs edən film nümayiş olunub.

 

Tədbirdə çıxış edən adıçəkilən şirkətin idarə heyətinin sədri Ənvər Özərən qurumun 20 illik fəaliyyətindən söz açıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verib onun ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir: “Tarix baxımında 20 il ərzində qısa zaman kimi görünsə bu illər ərzində şirkət mühüm işlər görərək yeniliklərə uğurlara imza atıb. Ulu öndər Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri vəzifəsində işləyərkən, 1992-ci il dekabrın 1- Türkiyə Cümhuriyyətinin özəl təhsil qurumu ilə bağladığı təhsil müqaviləsi Azərbaycanda ilk AzərbaycanTürkiyə özəl təhsil müəssisələrinin fəaliyyətinə yol açıb”. Ölkədə təhsilə göstərilən xüsusi diqqət qayğıdan danışan Ə.Özərən qeyd edib ki, “Çağ Öyrətimin təhsil müəssisələriAzərbaycanTürkiyə özəl liseyləri, “Arazkursları Qafqaz Universiteti öz fəaliyyətləri ilə respublikaya 530–dan çox beynəlxalq dərəcəli qızıl, gümüş bürünc medallar qazandırıb. Hazırda bu məktəblərdə çalışan müəllimlərin 80 faizi yerli kadrlardan ibarətdir. Bu isə eyni zamanda, “Çağın daha bacarıqlı, bilikli müəllimlər yetişdirməsindən xəbər verir. Təhsil müəssisələri məzunlarının 99 faizi Azərbaycanın dünyanın nüfuzlu ali məktəblərinə ən yüksək ballarla qəbul olunurlar. Ə.Özərən müvafiq sahənin inkişafı üçün bundan sonra da təhsil müəssisələrinin səmərəli fəaliyyət göstərəcəklərinə əminliyini bildirib.

 

Təhsil naziri M.Mərdanov çıxışındaÇağın Azərbaycana gəlişi dövrlər ərzindəki fəaliyyətinin tarixini vərəqləyib: “20 illlik tarix əslində qısa bir zamandır. LakinÇağın bu tarixinin səhifələrini vərəqlədikcə onlarla iyirmi ildə görülən işlərin şahidi olmaq olar. 20 ildir ki, “ÇağAzərbaycan təhsili üçün örnəkdir. Bu şirkət Azərbaycan təhsilinə dünya təcrübəsinə əsaslanan bir yenilik gətirdi. 20 il ərzindəÇağ öyrətimAzərbaycanın təhsiuli sisteminin tərkib hissəsində özünəməxsus bir yer tutub. Onun fəaliyyəti ölkə təhsili üçün hər zaman nümunə olub bu gün işini uğurla davam etdirir. Rahat şəkildə deyə bilərik ki, onlar bu fəaliyyətləri ilə ulu öndər Heydər Əliyevə verdikləri sözə hörmətlə, sədaqətlə əməl ediblər. Bütün bu kimi uğurlarÇağda fəaliyyət göstərən doğru, dürüst adamların əməyinin nəticəsidir. Son illər bu məktəblərə axının artmasının da əsasını  halallıqda axtarmaq lazımdır. Halallıq olan yerdə həm inkişaf, həm tərəqqi var. “Çağın ölkəmizdə fəaliyyətinin iki onilliyi tamam olur. Hər kəs bilir ki, təhsildə hər hansı bir nailiyyət əldə etmək o qədər sadə məsələ deyil. Bunun üçün 10 qat artıq çalışmaq lazımdır. “Çağ öyrətim” 20 il ərzində Azərbaycan təhsilinin inkişafında çox böyük xidmət göstərib. Qarşıdan isə yeni onilliklər gəlir. Əminəm ki, onlar təhsilimizdə hələ çox yeniliklər gətirəcəklər. Gələcək illərdə Çağ öyrətimölkəmizdə çalışaraq Azərbaycan təhsilini daha da irəliyə aparacaq”.

 

Türkiyə Böyük Millət Məclisinin sədr müavini Məhmət Sağlam da iştirakçılara öz təbriklərini çatdırıb.

 

Tədbirdə Azərbaycanda təhsilin inkişafındakı xüsusi xidmətlərinə görə, “Çağ öyrətimşirkətinin bir qrup əməkdaşı Təhsil Nazirliyinin qabaqcıl təhsil işçisi döş nişanı, fəxri fərman ilə təltif olunub.

 

Konfransın sonunda 20 illik fəaliyyəti dövründəÇağ Öyrətimİşlətmələri Şirkətinin məzunları olan bugün öz fəaliyyətləri ilə fərqlənən insanlara fəxri fərman hədiyyələr təqdim edilib.

 

S.QARAYEVA
 





29.11.2012    çap et  çap et