525.Az

“Vensin Azərbaycana səfəri regional proseslərə dəstəkdir” - Deputat


 

“Vensin Azərbaycana səfəri regional proseslərə dəstəkdir” - <b style="color:red"> Deputat</b>

“ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana və Ermənistana nəzərdə tutulan səfəri Birləşmiş Ştatların Cənubi Qafqazda sülhü, stabilliyi dəstəkləməsi istiqamətində siyasi bir addımdır. Eyni zamanda, ABŞ-ın Orta Dəhlizin yaradılıb işləməsində böyük marağı var. Bu mənada dəhlizin Ermənistan hissəsinin inşasını ABŞ öz üzərinə götürüb”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Asim Mollazadə vitse-prezident Vensin səfərinin məqsədi və əsas gözləntilər barədə danışarkən deyib.   

Deputat hesab edir ki, Ermənistana səfər zamanı müvafiq ABŞ şirkətlərinin nümayəndələri və mütəxəsisləri də danışıqlarda iştirak edəcəklər. O bildirib ki, ABŞ kommunikasiyaların açılmasında maraqlıdır və Cənubi Qafqaz bölgəsi əslində bu prosesdə mühüm rol oynayır.

Səfərin Bakı-Vaşinqton ikitərəfli münasibətlərinə mümkün təsirini də şərh edən A.Mollazadə söyləyib ki, Azərbaycanın ABŞ ilə çoxşaxəli əlaqələri, ortaq iqtsadi maraqları var:

“ABŞ şirkətləri Azərbaycanla müvafiq işləri həyata keçirmək üçün təbii olaraq öz tərəfdaşları ilə görüşəcəklər. Düşünürəm ki, vitse-prezidentin səfəri bütün bu proseslərə bir növ dəstək olacaq”.

Pərvanə Sultanova

 





06.02.2026    çap et  çap et