İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.
525.az xəbər verir ki, açılış “San-Siro” stadionunda təşkil olunub.
Mərasim İtaliyanın zəngin tarixi və mədəni irsini əks etdirən bədii proqramla başlayıb. Arenada ölkənin müxtəlif bölgələrinə xas milli rəqslər nümayiş olunub, ənənəvi musiqi səsləndirilib. Səhnə tərtibatında Alp dağlarının, İtaliya memarlığının və qış mövsümünü simvolizə edən elementlərin yer aldığı vizual kompozisiyalar təqdim edilib.
Azərbaycan nümayəndə heyəti paraddan 11-ci sırada keçib. Mərasimdə Dövlət bayrağını dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb.
Tamaşaçılar önündən olimpiadanın vətəni Yunanıstan birinci, ev sahibi ölkənin komandası isə sonuncu keçib.
Açılış mərasimini Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev də izləyir.
Qeyd edək ki, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına fevralın 22-də Veronanın məşhur amfiteatrında keçiriləcək bağlanış mərasimi ilə yekun vurulacaq.







çap et