525.Az

Müğənni Röyanın həbsi ilə bağlı Hollandiyadan açıqlama


 

Müğənni Röyanın həbsi ilə bağlı Hollandiyadan <b style="color:red">açıqlama</b>

Yerli mətbuatda müğənninin Hollandiya polisinə müqavimətdə təqsirli bilinməsi ilə bağlı xəbər yer alıb.

Yazılanlara görə, Röya Hollandiyada dostlarından birinin avtomobili ilə yolda hərəkət edərkən yol hərəkəti qaydalarını kobud pozub və ona yazılan cəriməni ödəməkdən imtina edib. Hətta yol polisi ilə mübahisə də edib. Nəticədə isə idarə etdiyi avtomobillə birlikdə cərimə meydançasına aparıb.

Müğənninin Hollandiya konsertinin təşkilatçılarından biri olan "Sultan Production"un rəhbəri Sultan Mustafayev ANS PRESS-ə açıqlamasında yazılanların yalan olduğunu söylədi: "Röya 27 noyabr saat 20:30-dan Hollandiyadadır və həmin gündən demək olar ki birlikdəyik. Onun burada həbs olunması haqqında yazılanlar yalandan başqa bir şey deyil".

Avropa prodüseri kimi tanıdığımız Sultan Mustafayev Röyanın həbs olunması xəbərinin bədxahlar tərəfindən məqsədli şəkildə yayıldığını söyləyir: "Bu xəbəri yayanlar Röyanın Avropa səfərini qaralamaq istəyirlər. Kimlər tərəfindən yayıldığından xəbərim var. Amma hələ ad çəkmək istəmirəm. Sadəcə həmin adamlara son mesajım budur ki, belə yalanlara son versinlər. Yoxsa adlarını açıqlayıb biabır edəcəm. Bu adamlar vaxtilə onların konsertlərini təşkil etmək üçün mənə pullar təklif edirdilər. İndi Röyanın konsertindən xəbər tutub yuxuları qaçıb".

 





29.11.2012    çap et  çap et