525.Az

Müzəyyən Senar vəfat etdi - Video


 

Müzəyyən Senar vəfat etdi - <b style="color:red">Video</b>

Türkiyənin məşhur sənətçisi, müğənni Müzəyyən Senar 97 yaşında vəfat edib.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, M. Senar fevralın 2-dən bəri müalicə olunduğu İzmirdəki Egey Universitetinin xəstəxanasında bu gün yerli vaxtla saat 07.30-da dünyasını dəyişib. Dəfn fevralın 10-da İstanbulda olacaq.
 
Sənətçinin vəfatı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, ana müxalifət (CHP) lideri Kamal Kılıçdaroğlu və digər siyasətçilər başsağlığı mesajı yayıblar.
 
M. Senar cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün ən sevdiyi müğənnilərdən olub. O, yaradıcılığı boyunca 30-dan çox albom buraxıb.

 





09.02.2015    çap et  çap et