525.Az

Əmtəə bazarlarında qızılın qiyməti yenidən 5000 dolları ötüb


 

Əmtəə bazarlarında qızılın qiyməti yenidən 5000 dolları ötüb<b style="color:red"></b>

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

525.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 1,11% artaraq 5035 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 5.85% artaraq 81.39 ABŞ dolları olub.

 





09.02.2026    çap et  çap et