Pxuket əyalətində, Ko Keo Not adası yaxınlığında Panama bayrağı altında üzən "Sealloyd Arc" yük gəmisi batıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pxuket əyalət adminstrasiyasının mətbuat mərkəzi məlumat yayıb.
Malayziyadan Banqladeşə üzən əminin göyərtəsində 290 yük konteyneri olub. Qəzadan sonra gəmidən sızan yanacaq suyun üzərində böyük mazut ləkəsi yaradıb. Bundan başqa 14 konteynerdə təhlükəli yük olduğu bildirilir. Konteynerlərin əksəriyyəti gəmi ilə birlikdə dənizin dibinə getsə də, bir neçəsi suyun üzərində qalıb.
Qeyd edək ki, qəzanın gəminin korpusunda zədə olması və daxilə su sızması üzündən baş verdiyi bildirilir.
L.Tağıyeva
çap et