525.Az

Çində fabrikdə baş verən partlayışda ölənlərin sayı 8-ə çatıb


 

Çində fabrikdə baş verən partlayışda ölənlərin sayı 8-ə çatıb<b style="color:red"></b>

Çinin şimalındakı Şansi əyalətində biotexnologiya şirkətinin emalatxanasında baş verən partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən ilkin olaraq 5 nəfərin həyatını itirdiyi bildirilirdi. Bu gün isə daha üç cəsəd tapılıb.

Axtarış-xilasetmə qruplarının işlərini tamamlaması ilə ölənlərin sayı 8-ə çatıb.

Hadisə ilə bağlı araşdırmalar davam edərkən, təhlükəli kimyəvi maddələrin emalı ilə bağlı lisenziyası olmayan şirkətin qanuni nümayəndəsi saxlanılıb.

İbrahim Cəfərov

 





09.02.2026    çap et  çap et