525.Az

Hindistanda əyləncə parkında dəhşətli anlar - 1 ölü, 13 yaralı


 

Hindistanda əyləncə parkında dəhşətli anlar - <b style="color:red"> 1 ölü, 13 yaralı</b>

Hindistanın Haryana əyalətində yarmarkada əyləncəli attraksionun bir hissəsinin qopması nəticəsində faciəvi qəza yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Sosial mediada paylaşılan görüntülərdə attraksionun yerə düşməzdən əvvəl fırlanmağa davam etdiyi və insanların panika içində qaçdığı görünür.

NDTV-nin məlumatına görə, yelləncəkdə baş verən qəzada həyatını itirən şəxs polisdir.

Hadisə ilə bağlı araşdırma başlayıb.

İbrahim Cəfərov

 





09.02.2026    çap et  çap et