525.Az

“İran uranın zənginləşdirilməsi səviyyəsini endirməyə hazırdır” - Vitse-prezident 


 

“İran uranın zənginləşdirilməsi səviyyəsini endirməyə hazırdır” - <b style="color:red"> Vitse-prezident </b>

“ABŞ Tehrana qarşı bütün sanksiyaları ləğv edərsə, İran hakimiyyəti uranın zənginləşdirilməsi səviyyəsini 60%-dən endirməyə hazırdır”. 

525.az xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Məhəmməd Eslami bildirib.

"Bu məsələ onların bütün sanksiyaları ləğv edib-etməmələrindən asılıdır", - Eslami deyib.

Əlavə edib ki, İran Omandakı danışıqlar zamanı ABŞ ilə zənginləşdirilmiş uranın üçüncü ölkələrə ixracı imkanlarını müzakirə etməyib.

Pərvanə Sultanova

 





09.02.2026    çap et  çap et