525.Az

"Zirə" "Qalatasaray"ın yetirməsini heyətinə qatdı


 

"Zirə" "Qalatasaray"ın yetirməsini heyətinə qatdı<b style="color:red"></b>

“Zirə” heyətini yeni futbolçuyla gücləndirib.

525.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Rəşad Sadıqovun komandası Eren Aydını heyətinə qatıb. Türkiyəli hücumçuyla cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, “Qalatasaray” yetirməsi olan 21 yaşlı oyunçu daha əvvəl ölkəsinin “Niğde Anadolu”, “Sarıyer”, “Çorum”, “Boluspor” və Ukraynanın “Veres” klublarında çıxış edib.

 





09.02.2026    çap et  çap et