525.Az

“Dünyanı bəzəyən Abbasın tarixi” əsərinin təqdimatı olub


 

“Dünyanı bəzəyən Abbasın tarixi” əsərinin təqdimatı olub <b style="color:red"></b> Prezident Kitabxanasında XVI əsrdə yaşamış tarixçi İsgəndər bəy Münşinin “Dünyanı bəzəyən Abbasın tarixi” (“Tarixi-aləmarayi-Abbasi”) əsərinin təqdimatı olub.
 
APA-nın məlumatına görə, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, kitab Azərbaycan tarixinə dair ilk mənbələrin nəşri layihəsi çərçivəsində işıq üzü görüb:

“Tərcüməçi Şahin Fazil bu işin öhdəsindən uğurla gəlib və üç min səhifəlik mükəmməl bir əsər ortalığa qoyulub. Əsər böyük Azərbaycan sevgisi ilə yazılıb. İsgəndər bəy Münşi Səfəvi döyüşçüsü olub və elmin müxtəlif sahələrini bilib. Şah Abbasın bütün səfərlərində iştirak edib, müşahidə etdiklərini yazıb. Bu kitab bizim üçün son dərəcə qiymətlidir. Bu münasibətlə bütün tarixçilərimizi təbrik edirəm”.
 
Təqdimat mərasimində Akademik Vasim Məmmədəliyev, tarixçi alim Tofiq Nəcəfli və başqaları çıxış edərək, kitabın tərcüməsinin əhəmiyyətindən danışıblar.
 
Qeyd edək ki, layihənin rəhbəri, redaktoru və ön sözün müəllifi Yaqub Mahmudov, fars dilindən çevirəni Şahin Fərzəliyev (Şahin Fazil), rəyçiləri Vasim Məmmədəliyev, Vaqif Piriyev və Tofiq Cahangirlidir.
 





09.02.2015    çap et  çap et