525.Az

Bu maliyyə sabitliyi baxımından müsbət göstərici kimi qiymətləndirilir - İqtisadçı


 

Bu maliyyə sabitliyi baxımından müsbət göstərici kimi qiymətləndirilir - <b style="color:red">İqtisadçı </b>

“Bu gün kreditlər yalnız rəsmi və şəffaf gəlirlər əsasında verilir. Qeyri-rəsmi qazanc nəzərə alınmır ki, bu da bank sektorunda risklərin minimuma endirilməsinə imkan yaradır”.

Bunu 525.az-a iqtisadçı ekspert Xalid Kərimli deyib. O bildirib ki, kreditlərin verilməsi zamanı vətəndaşın aylıq gəliri əsas meyar kimi götürülür və ödənişlərin məbləği həmin gəlirin 45 faizini keçə bilməz. Bu qayda banklar tərəfindən ciddi şəkildə tətbiq olunur. Kredit kartları üzrə də limitlər mövcuddur – vətəndaşa maaşının beş mislindən artıq kredit limiti ayrılmasına icazə verilmir: 

“Mövcud tənzimləyici mexanizmlər və nəzarət alətləri əhalinin həddindən artıq borclanmasının qarşısını almağa yönəlib. Statistik göstəricilər də göstərir ki, ev təsərrüfatlarının borc yükü iqtisadiyyatın ümumi həcmi ilə müqayisədə aşağı səviyyədədir. Bu isə maliyyə sabitliyi baxımından müsbət göstərici kimi qiymətləndirilir”.

Sevinc Qarayeva 
 

 





10.02.2026    çap et  çap et