525.Az

“Washington Post” Bakı 2015 Avropa Oyunlarından yazdı


 

“Washington Post” Bakı 2015 Avropa Oyunlarından yazdı<b style="color:red"></b>

“Washington Post” qəzetində Bakı 2015 Avropa Oyunlarına həsr edilmiş məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin son mərhələdə olduğu qeyd edilir.

Yazıda həmçinin Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin fevralın 6-da Bakıda keçirilən mətbuat konfransında söylədiyi fikirlərdən sitat gətirilir:

“Biz 6-8 il əvvəl bu oyunların keçirilməsinin uyğunluğunu araşdırmaq üçün icazə alanda çoxları gülürdü və fikirləşirdilər ki, bu, heç zaman baş verməyəcək. Lakin bu gün biz düz yoldayıq”.

Məqalədə Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin fikirləri də yer alıb. S.Kleq qeyd edir ki, ilk əvvəl Oyunlar haqqında müəyyən skeptisizm mövcud idi:

“Lakin biz bütün bu məqamları yoluna qoya bildik. İndi 50-dən artıq Avropa MOK-da bu oyunların keçirilməsi ilə bağlı ümumi entuziazm müşahidə olunur”.

Məqalədə həmçinin Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralosun da fikirlərinə istinad edilir:

“Şübhə etmirik ki, Bakı möhtəşəm oyunlar keçirəcək və Azərbaycan tarixə böyük, çoxidmanlı yarışların təşkilatçısı kimi düşəcək”.

 





09.02.2015    çap et  çap et