525.Az

Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür etmir


 

Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür etmir<b style="color:red"></b>

Ermənistan Parlamentinin sədri Alen Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir.

525.az xəbər verir ki, bu barədə o, jurnalistlərə deyib.

"Bunu siz necə təsəvvür edirsiniz? Bu, Ermənistan-Amerika tərəfdaşlığıdır", - spiker bildirib.

Əlavə edib ki, Ermənistan ərazisindən hərəkət yalnız TRIPP çərçivəsində deyil. Taxıl və ya yanacaq (Azərbaycandan – red.) gətirilir, bu, TRIPP deyil. Spiker TRIPP-in  ABŞ ilə sülh prosesinin bir hissəsi olaraq Prezident Trampın sayəsində reallaşdığını vurğulayıb.

O, Rusiyanın TRIPP-ə diqqət yetirməməli olduğunu deyib. Əlavə edib ki, bir çox digər yol var.

Pərvanə Sultanova

 





10.02.2026    çap et  çap et