525.Az

İtaliya dağlarında ötən həftə 13 nəfər həlak olub


 

İtaliya dağlarında ötən həftə 13 nəfər həlak olub<b style="color:red"></b>

Ötən həftə ərzində İtaliya dağlarında 13 nəfər həlak olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb dağlarda qarın normadan artıq düşməsidir.

Yeni yağan qar uçqunlara səbəb olub ki, bu da insan tələfatı ilə nəticələnib.

Yerli xilasedicilərin bildirdiyinə görə,  ölənlər arasında müxtəlif ölkələrdən olan alpinistlər, xizəksürənlər və turistlər var.

Təkcə ötən həftəsonu Lombardidə 2, Trentinoda 3, Cənubi Tirolda 1 xizəksürən, həmçinin, 1 alpinist qar uçqunu altında qalıb. Daha 2 turist Monte-Qrappada eyni aqibətlə üzləşib. 

L.Tağıyeva

 





11.02.2026    çap et  çap et