525.Az

Yerdə rekord sayda maqnit qasırğası 


 

Yerdə rekord sayda maqnit qasırğası <b style="color:red"></b>

Bu ilin yanvarında Yerdə son 9 ildə rekord sayda maqnit qasırğası baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

Belə ki, yanvarın 10 günündə maqnit qasırğası baş verib. Ən güclü qasırğa isə 19-21 yanvar aralığında qeydə alınıb.  

Fevral ayında isə hələlik 1 belə gün olub. Ümumiyyətlə, institutun məlumatında 2026-cı ilin maqnit qasırğaları ilə zəngin il olacağı da bildirilib.

Qeyd edək ki, Yerdəki maqnit qasırğalarının səbəbi Günəşdə baş verən partlayışlardır.

L.Tağıyeva

 





11.02.2026    çap et  çap et