525.Az

"Marsel" baş məşqçisini istefaya göndərdi


 

"Marsel" baş məşqçisini istefaya göndərdi<b style="color:red"></b>

"Marsel" baş məşqçisi Roberto de Zerbi ilə yollarını ayırıb.

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Marsel" rəhbərliyi mütəxəssislə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib. Bu, 2025/26 mövsümündə Fransa Liqa 1-in 21-ci turunda PSJ-yə 0:5 hesablı məğlubiyyətlə əlaqələndirilib.

Roberto De Zerbi 2024/25 mövsümünün əvvəlində "Marsel"i çalışdırırdı. Komanda hazırda 21 Liqa 1 oyunundan sonra 39 xalla 4-cü yerdədir və lider PSJ-dən 12 xal geri qalır. 

 





11.02.2026    çap et  çap et