525.Az

Azərbaycan əmtəəlik səmt qazı hasilatını 5 faizdən çox artırıb


 

Azərbaycan əmtəəlik səmt qazı hasilatını 5 faizdən çox artırıb<b style="color:red"></b>

Ötən il Azərbaycanın neft yataqlarından 15 416,22 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2,1% çoxdur.

Dövlət Statistika Komitəsindən 525.az-a verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazın 4 022,57 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 5,33% çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın neft yataqlarından 15 098,1 mln. kubmetr səmt qazı hasil edilib ki, bunun da 3 819 mln. kubametri əmtəəlik məhsul təşkil edib.

 





11.02.2026    çap et  çap et