525.Az

Lavrov Qrenlandiyanın hərbiləşdirilməsi halında Rusiyanın mümkün tədbirlərini açıqlayıb 


 

Lavrov Qrenlandiyanın hərbiləşdirilməsi halında Rusiyanın mümkün tədbirlərini açıqlayıb <b style="color:red"></b>

“Qrenlandiya hərbiləşdirilərsə və orada Rusiyaya yönəlmiş hərbi potensial yaradılarsa, Rusiya müvafiq hərbi-texniki tədbirlər görəcək”.

525.az xəbər verir ki, bunu Rusiyanın  xarici işlər naziri Sergey Lavrov bildirib.

O vurğulayıb ki, Qrenlandiya məsələsi birbaşa Rusiyaya aid deyil.

"ABŞ, Danimarka və Qrenlandiya bunu özləri həll etməlidirlər, əlbəttə rəsmi Kopenhagen illər və onilliklər ərzində ikinci dərəcəli vətəndaşlar kimi olduqca sərt davrandığı ada sakinlərinin fikirlərini nəzərə almalıdırlar”, - Rusiya XİN başçısı deyib.

Lavrov əlavə edib ki, bu cür münasibətin kifayət qədər nümunəsi var. O, həmçinin Rusiyanın prinsipial mövqeyini vurğulayıb: Arktika sülh və əməkdaşlıq zonası olaraq qalmalıdır.

Pərvanə Sultanova

 





11.02.2026    çap et  çap et