İndoneziyada Şərqi Yava adasında yerləşən Semeru dağında ardıcıl beş dəfə vulkan püskürməsi qeydə alınıb.
525.az “Antara News”a istinadən xəbər verir ki, Lumajang və Malang bölgələrinin sərhədində yerləşən Semeru dağı yenidən aktivləşib.
Vulkan yerli vaxtla saat 00:28 ilə 08:06 arasında beş dəfə püskürüb. Lavanın hündürlüyü 600 metrdən 1000 metrə qədər yüksəklib.
Vulkanın təhlükə səviyyəsinin "3-cü səviyyə" olduğunu bildirilib.
Vulkanın 5 kilometr radiusunda bütün fəaliyyətlər qadağan olunub.
Qeyd edək ki, Bromo Tengger Semeru Milli Parkının bir hissəsini təşkil edən Semeru dağı Yava adasındakı ən aktiv vulkanlardan biri hesab olunur.
İbrahim Cəfərov
çap et