525.Az

Ötən il Azərbaycanda istehsal olunan siqaret və tütünün həcmi məlum olub


 

Ötən il Azərbaycanda istehsal olunan siqaret və tütünün həcmi məlum olub<b style="color:red"></b>

2025-ci il ərzində Azərbaycanda 17 milyard 677.8 milyon ədəd siqaret və siqar, 1926.6 ton isə tütün istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə siqaret və siqar istehsalı 16.4% artıb, tütün istehsalı isə 2.2 dəfə azalıb.

Qeyd edək ki, 2026-ci il yanvar ayının 1-nə siqaret və tütün üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 1 milyard 347.6 milyon ədəd və 150.4 ton təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycana tütün və tütün məlumatları idxalı əvvəlki illə müqayisədə 11.1% artaraq 131 milyon 961 min ABŞ dolları təşkil edib.

 





11.02.2026    çap et  çap et