525.Az

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib


 

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib<b style="color:red"></b>

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyiblər.

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, bunu Fransa xarici işlər naziri Loran Fabius bəyan edib.
 
Onun sözlərinə görə, Rusiya vətəndaşlarının və Donbas separatçılarının yer aldığı “qara siyahı”nın genişləndirilməsi haqqında qərar razılaşdırılsa da, sanksiyalar bir müddətdən sonra qüvvəyə minəcək.
 
“Sanksiyaların prinsipi məlum olsa da, onların tətbiqi Donbasdakı münaqişənin həlli ilə bağlı anlaşmaların həyata keçirilməsindən asılı olacaq”, - deyə o vurğulayıb.

 





09.02.2015    çap et  çap et