525.Az

BMW dünya üzrə yarım milyon avtomobili geri çağırır


 

BMW dünya üzrə yarım milyon avtomobili geri çağırır<b style="color:red"></b>

Avtomobil istehsalı üzrə dünya nəhəngi "BMW Group" konserni 500 mindən çox avtomobili geri çağırır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyada dərc olunan "Bild"qəzeti məlumat yayıb.

Hələlik konsern bu barədə rəsmi açıqlama yaymayıb. Geri çağırışa səbəb avtomobillərdə alışma təhlükəsinin olmasıdır. Belə ki, motor işə salınarkən qısaqapanma vermə ehtimalı böyükdür. 

Problem 2-ci nəsil "Coupe", 3-6-cı nəsil "Gran Turismo", 7-ci nəsil "Limousine", X4, X5, X6 və Z4 modellərinin bəzilərində aşkarlanıb.

Qeyd edək ki, böyük ehtimalla xərclər konsern tərəfindən qarşılanacaq.

L.Tağıyeva

 





12.02.2026    çap et  çap et