525.Az

Rusiyada texnikumda atışma


 

Rusiyada texnikumda <b style="color:red"> atışma</b>

Dünən günorta saatlarında Anapada İndustrial Texnikumda atışma baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 18-20 yaşlı gənc texnikuma daxil olaraq ov tüfəngindən 6 atəş açıb.

18 yaşlı tələbə və kitabxanaçı qadın yaralanıb. İkincinin vəziyyəti ağırdır. 55 yaşlı mühafizəçi isə həlak olub. Güllə səslərini eşidən digər tələbələr sinif otaqlarında gizlənə biliblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları gənci zərərsizləşdiriblər.

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi qaldırılıb. Araşdırma aparılır. Həmçinin, cinayəti törədənin şəxsiyyəti hələlik ictimaiyyətə açıqlanmasa da, onun 1-ci kurs tələbəsi olduğu bəllidir.

L.Tağıyeva

 





12.02.2026    çap et  çap et