Me-sür-Sen şəhərciyində yerli polis 9 və 10 yaşında 2 məktəblini həbs edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onların müəllimə bıçaqla öldürəcəkləri barədə hədə-qorxu gəlməsidir.
Hadisə bazar ertəsi baş verib. Axtarış zamanı onların birinin üzərində həqiqətən bıçaq aşkarlanıb. Polis bölməsinə aparılan kiçik xuliqanlarla psixoloji söhbət aparılıb. Onlara cəza verilib-verilməyəcəyi barədə məlumat yoxdur.
Müəllimə gəldikdə isə, 28 yaşlı qadının ciddi psixoloji sarsıntı keçirdiyi bildirilir.
Qeyd edək ki, bənzər hadisə elə həmin gün Buş-dü-Ronda da yaşanıb. Sinif yoldaşlarını ölümlə hədələyən 10 yaşlı uşağın çantasından böyük bıçaq çıxıb.
L.Tağıyeva
çap et