Tayvan sahillərində yerli vaxtla 06.27-də (Bakı vaxtı ilə 02.27) 5,3 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentri 31 min əhalisi olan Hençun şəhərindən 180 km məsafədə, 15 km dərinlikdə yerləşib.
Dağıntı və insan tələfatı barədə məlumat verilmir.
L.Tağıyeva
çap et