525.Az

Məsuliyyətli valideynlər onsuz da uşaqlarının telefonlarına nəzarət edirlər - Hüquqşünas


 

Məsuliyyətli valideynlər onsuz da uşaqlarının telefonlarına nəzarət edirlər - <b style="color:red">Hüquqşünas</b>

“Dövlətin sosial şəbəkələr üzərində birbaşa nəzarət imkanı yoxdur. Dövlət nəzarəti odur ki, sosial şəbəkələr hər istifadəçidən yaşını soruşsun. Amma həmin platformalar Azərbaycan dövlətinə məxsus deyil. Onlar xarici mənşəlidir və bir qayda olaraq dövlətlərin daxili tələblərinə tam tabe olmurlar”.

Bunu 525.az-a hüquqşünas Əkrəm Həsənov bildirib. O qeyd edib ki, əsas məsuliyyət valideynlərin üzərinə düşür:

“Məsuliyyətli valideynlər onsuz da uşaqlarının telefonlarına nəzarət edirlər. Dövlətin bunu necə edəcəyi sual altındadır. Haradan biləcəklər istifadəçi uşaqdır, yoxsa böyük?  Əgər uşaq sosial şəbəkədə öz real yaşı və təvəllüdü ilə qeydiyyatdan keçibsə, həmin hesabın məhdudlaşdırılması mümkündür. Lakin öz adı və yaşı ilə qeydiyyatdan keçməyən şəxsin uşaq olduğunu müəyyən etmək mümkün deyil”.

Sevinc Qarayeva 

 





12.02.2026    çap et  çap et