İsrail ordusu Livanın cənubundakı Əl-Udeysa və Kafr Kila şəhərlərinə basqın edərək bir neçə binanı dağıdıb.
525.az xəbər verir ki, bu barədə Livanın NNA agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrail əsgərləri Udeysada iki, Kafr Kilada isə bir evə bomba yerləşdirib və partladıblar.
Xatırladaq ki, İsrail 2023-cü ilin oktyabr ayında Livana hücum edib və bu hücum 2024-cü ilin sentyabrında genişmiqyaslı müharibəyə çevrilib. Müharibədə 4 mindən çox insan həlak olub, təxminən 17 min nəfər yaralanıb.
Livan və İsrail arasında 27 noyabr 2024-cü ildə əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, İsrail atəşkəsi dəfələrlə pozub.
İbrahim Cəfərov
çap et