525.Az

“Uşaqları bu risklərdən qorumaq üçün yalnız maarifləndirmə kifayət deyil" - Ekspert


 

“Uşaqları bu risklərdən qorumaq üçün yalnız maarifləndirmə kifayət deyil" - <b style="color:red">Ekspert</b>

“Roblox” sadəcə bir oyun deyil, istifadəçilərin öz virtual dünyalarını yarada bildiyi və qlobal miqyasda ünsiyyət qurduğu nəhəng bir sosial platformadır. Bu platformanın əsas riski onun nəzarətsiz "açıq dünya" modelinə əsaslanmasıdır”. 

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov bunu 525.az-a bildirib. O vurğlayıb ki, digər klassik oyunlardan fərqli olaraq, burada məzmun şirkət tərəfindən deyil, birbaşa istifadəçilər tərəfindən yaradıldığı üçün uşaqlar hər an "filtr olunmamış (senzurasız) və təhlükəli" materiallarla qarşılaşa bilərlər:

“Uşaqları bu risklərdən qorumaq üçün yalnız maarifləndirmə kifayət deyil, həm də texnoloji imkanlardan istifadə edilməlidir".

Sevinc Qarayeva

 





12.02.2026    çap et  çap et