525.Az

MAQATE İranda yeni yoxlamalarla bağlı şərh verməyib 


 

MAQATE İranda yeni yoxlamalarla bağlı şərh verməyib <b style="color:red"></b>

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə obyektlərində planlaşdırılan yeni yoxlamalarla bağlı məlumatları şərh etməyib.

525.az xəbər verir ki  bu barədə TASS məlumat yayıb.

"Agentliyin standart təcrübəsinə uyğun olaraq, biz adətən ölkələrdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı bu cür təfərrüatları təqdim etmirik”, - agentliyin bəyanatında deyilir.

Bundan əvvəl İranın vitse-prezidenti, Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami MAQATE müfəttişlərinin yaxın günlərdə İslam Respublikasındakı obyektlərə səfərinin planlaşdırıldığını açıqlayıb.

Pərvanə Sultanova

 





12.02.2026    çap et  çap et