525.Az

Dövlət Komitəsində 8160 nömrəli Çağrı mərkəzi fəaliyyətə başlayıb


 

Dövlət Komitəsində 8160 nömrəli Çağrı mərkəzi fəaliyyətə başlayıb<b style="color:red"></b>

“Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, operativ cavablandırılması, göstərilən xidmətlərin effektivliyinin artırılması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Çağrı mərkəzi yaradılıb.

Komitədən 525 az-a verilən məlumata görə, bu yeni xidmət vasitəsilə vətəndaşlar Komitənin fəaliyyəti ilə bağlı müxtəlif suallara cavab ala, eləcə də şikayət və təkliflərini ünvanlaya bilərlər.

Vətəndaşlar müvafiq məsələlərlə bağlı şəhər və mobil telefonlarından birbaşa “8160” nömrəsinə zəng edərək əlaqə yarada bilərlər.

Qeyd edək ki, Çağrı Mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

Sevinc Qarayeva 

 





12.02.2026    çap et  çap et