525.Az

Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli oldu


 

Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli oldu<b style="color:red"></b>

Azərbaycan millisinin UEFA Millətlər Liqasının yeni mövsümündəki rəqibləri müəyyənləşib. 

525.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, yığmamız D Liqasının 2-ci qrupunda yer alıb. Komandamız bu mərhələdə Litva və Lixtenşteyn seçmələri ilə mübarizə aparacaq.

Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə cari ilin sentyabrın 24-də start veriləcək. 

 





12.02.2026    çap et  çap et