525.Az

"Azərbaycanın daxili bazarında qaz istehlakı azalıb" - Rəy


 

"Azərbaycanın daxili bazarında qaz istehlakı azalıb" -  <b style="color:red"> Rəy</b>

“SOCAR-ın ictimailəşdirdiyi məlumata görə, Azərbaycanda 2025-ci ildə qazın istehlakı 13,24 milyard kubmetr təşkil edib. Ölkədə təbii qaz istehlakı 2024-cü illə müqayisədə 3,1 % azalıb. Bəs niyə qaz istehlakı azalıb (əslində yaxşı haldır)? SOCAR bunu istilik-elektrik stansiyalarında qazdan daha az istifadə ilə izah edib. Onu qeyd edim ki, əvvəllər Azərbaycanda energetik məqsədlər üçün ildə 5-5,5 mlrd kub metr qaz yandırılırdı. Ölkəmizdə "yaşıl enerji" mənbəli stansiyalardan elektrikin artması ilə (ötən il təqribən 3,67 mlrd kVt/saat) təbii ki, qazdan istilik-elektrik stansiyalarının istifadəsi də azalıb”.

Bunu 525.az-a enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib.

Ekspert qeyd edib ki, "Azərenerji" ASC nə qədər qaz istehlak edib və 2024-cü illə müqayisədə nə qədər ənənəvi enerji istifarəsində qənaətə nail olub.  Çox təəssüf ki, nə Azərbaycan hökuməti, nə qaz satan, nə də qaz alan (#Azərenerji) bu məlumatı ictimailəşdirmir. Baxmayaraq ki, "Azərenerji" ASC ölkə daxilində illər boyu ən böyük qaz istehlakçısı statusunda çıxış edir:

“Niyə hətra pozitiv xəbəri belə bölüşmürlər, çətinlik çəkirəm izah etməkdə.  Amma etsəydilər, bunu eyni zamanda Avropa Komissiyasında, Avropa Parlamentində və sair Qərb qurumlarında bizim "təmiz qaz" ixracı həcmlərinə şəkk-şübhə ilə yanaşanlara tutarlı cavab vermiş olardılar”.

Sevinc Qarayeva

 





13.02.2026    çap et  çap et