525.Az

Əl boyda it qadını xəstəxanalıq etdi


 

Əl boyda it qadını xəstəxanalıq etdi<b style="color:red"></b>

Avstriyada çihuahua cinsindən olan it sahibinin üzünü dişləyib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Noynkirhen şəhərində baş verib.

Kiçik itin dişləyi o qədər təhlükəli olub ki, qadını xəstəxanaya çatdırmaq üçün helikopter çağırılıb. Burada onu təcili əməliyyat ediblər və vəziyyətini stabilləşdirə biliblər. İtin bu cür aqressiv hərəkətinin səbəbi bilinmir. Yerli veterinarlar çihuahuaların nadir hallarda insanlara hücum etdiyini bildirərək, insidentin səbəbini aydınlaşdırmağa çalışırlar.

Qeyd edək ki, çihuahua dünyada ən kiçik it cinsidir və çəkisi 3 kq-dan çox olmur.

L.Tağıyeva

 





13.02.2026    çap et  çap et